Şəhidlik ən ali zirvə, Vətən uğrunda canından keçmək torpağa, dövlətə və xalqa bağlılığın ən yüksək ifadəsidir.
Qarşlığında dövlət, xalq öz qəhrəmanlarının adlarını əbədiləşdirir, onu tarix boyu yaşadır.
Elə şəhidlərimiz var ki, onlar heç bir hərbi əməliyyatda iştirak etməyiblər. Yetkinlik yaşına belə çatmamış şəhid olublar.
Söhbət məktəb yaşlı uşaqlardan gedir. Şəhid məktəblilər bəlkə də itkilərin ən çəkilməzi, ən ağrılı və kövrəyidir.
Modern.az xəbər verir ki, AzEdu.az regionallar üzrə şəhid məktəblilərlə bağlı məlumathazırlayıb.
İndiyə qədər Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən rayonlarda 18 məkəb yaşlı şəhid vermişik. Onlar Qazax, Tovuz və Ağstafa sakinləri olublar.
Fərhad Xələfov - Ağstafa rayonu Əfrasiyab Qasımov adına Köhnəqışlaq kənd tam orta ümumtəhsil məktəbi, 6-cı sinif;
Samir Əliyev - Ağstafa rayonu Əfrasiyab Qasımov adına Köhnəqışlaq kənd tam orta ümumtəhsil məktəbi, 11-ci sinif;
Orman Məmmədov - Ağstafa rayonu Şahin Abadov adına Aşağı Kəsəmən kənd tam orta ümumtəhsil məktəbi, 2-ci sinif;
Samir Abbasov - Ağstafa rayonu Namiq Həmzəyev adına Göycəli kənd tam orta ümumtəhsil məktəbi, 2-ci sinif;
Samirə Hüseynova - Ağstafa rayonu Namiq Həmzəyev adına Göycəli kənd tam orta ümumtəhsil məktəbi, 2-ci sinif;
Şahnaz Abdurəhmanova - Ağstafa rayonu Namiq Həmzəyev adına Göycəli kənd tam orta ümumtəhsil məktəbi, 2-ci sinif;
Elnar Vəliyev - Ağstafa rayonu Namiq Həmzəyev adına Göycəli kənd tam orta ümumtəhsil məktəbi, 2-ci sinif;
Şahvələd Süleymanov - Tovuz rayonu Nağı Yusifov adına Ağdam kənd tam orta ümumtəhsil məktəbi, 10-cu sinif;
Zahid Ağayev - Tovuz rayonu Nağı Yusifov adına Ağdam kənd tam orta ümumtəhsil məktəbi, 11-ci sinif;
Elnarə Aslanova - Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbi, 10-cu sinif;
Elnur Əliyev - Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbi, 6-cı sinif;
Mətləb Şıxıyev - Tovuz şəhəri Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəbi, 5-ci sinif;
Natiq Hüseynov - Tovuz şəhəri Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəbi, 6-cı sinif;
Zülfüqar Qasımov - Tovuz rayonu Rafayel İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbi, 6-cı sinif;
Zamin Həsənov - Tovuz rayonu Rafayel İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbi, 5-ci sinif;
Rafiq Allahyarov - Tovuz rayonu Rafayel İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbi, 6-cı sinif;
Ruslan Mədətov - Qazax rayonu Şahnabad Nəsibova adına İkinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbi 10-cu sinif;
Aliyyə Əliyeva - Qazax rayonu Daş Salahlı kənd Şahin Cabiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, 7-ci sinif.