Modern.az

Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Ölkə

10 Fevral 2026, 17:02

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.

Modern.az xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ramiz Ənvər oğlu Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. 

Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. 

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?