Modern.az

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur - PREZİDENT

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur - PREZİDENT

Ölkə

10 Fevral 2026, 19:44

“Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-nin vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

"Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ- ın müttəfiqləridir", - deyə dövlətimizin başçısı vurğulayıb. (AZƏRTAC)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?