Modern.az

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Pensiyalar artımlarla ÖDƏNİLDİ

Ölkə

11 Fevral 2026, 11:30

Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

Modern.az-ın məlumatına görə, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Sizə yeni x var
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?