Modern.az

Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident

Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident

Ölkə

11 Fevral 2026, 18:00

“Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın”.

Modern.az xəbər verir ki, bunu  Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

“Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, - dövlət başçısı qeyd edib.

Sizə yeni x var
Keçid et
İran Bakını müharibə ilə hədələdi