Modern.az

Gənc əsgərlər and içdilər - FOTO/VİDEO

Gənc əsgərlər and içdilər - FOTO/VİDEO

Ölkə

15 Fevral 2026, 15:48

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Modern.az xəbər verir ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

 

 

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?