Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin təyin edilib.
Bunlar Cəbrayıl Xanlarov və Yusif Nəbiyevdir.
Modern.az saytı Cəbrayıl Xanlarovun internet mənbələrində yayılmış qəsa tərcümeyi-halnını təqdim edir.
Cəbrayıl Eldar oğlu Xanlarov 3 noyabr 1972-ci ildə Bakıda anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
O, bir müddət Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” qurumunda işləyib.
Burada gömrük xidməti mayoru rütbəsinədək yüksəlib.
Daha sonra Fövqəladə Hallar Nazirliyi strukturuna keçib.
2005-ci ildən indiyə kimi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəhbərlik edib.
2021-ci ildə Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.