Modern.az

Zəngəzur dəhlizi region üçün yeni imkanlar yaradır - Hikmət Hacıyev

Zəngəzur dəhlizi region üçün yeni imkanlar yaradır - Hikmət Hacıyev

Ölkə

16 Fevral 2026, 13:14

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, diplomat bu barədə "X" sosial media hesabında yazıb.

"Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar - Azərbaycan Cənubi Qafqazda / daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.

Zəngəzur Dəhlizi / TRIPP təşəbbüsü Daha Geniş Xəzər / Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır", - o bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar