Modern.az

Şahin Mustafayev Ermənistana gedəcək - MÜHÜM GÖRÜŞ

Şahin Mustafayev Ermənistana gedəcək - MÜHÜM GÖRÜŞ

Ölkə

16 Fevral 2026, 13:49

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə "Sülh Körpüsü" çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşündə Ermənistanın "Orbeli" Analitik Tədqiqatlar Mərkəzinin eksperti Narek Minasyan məlumat verib. 

O, komissiyalar arasında son 2 görüşün Azərbaycan ərazisində keçirildiyini nəzərə alaraq bu qərarın verildiyini bildirib. 

Xatırladaq ki, komissiyalara Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazirinin müavini Mher Qriqoryan sədrlik edir.

Komissiyalar sonuncu dəfə 2025-ci il noyabrın 28-də Azərbaycanın Qəbələ şəhərində toplaşmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar