Modern.az

İşdən çıxarılan Vüqar Qurbanov - Həkimlikdən icraçı direktorluğa - DOSYE

İşdən çıxarılan Vüqar Qurbanov - Həkimlikdən icraçı direktorluğa - DOSYE

Ölkə

16 Fevral 2026, 14:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Yaxın vaxtlarda Vüqar Qurbanovun vəzifədən azad edilməsinin rəsmən elan olunacağı gözlənilir.

Modern.az saytı TƏBİB-in işdən çıxarılan eks-direktorunun qısa tərcümeyi-halını təqdim edir:

Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.

2000-2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001-2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib.

2016-2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb.

2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib.

8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib.

16 fevral 2026-cı ildə TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub.

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar