Modern.az

Doğma torpaqlara qayıdırıq - 120 ailənin ocağı yenidən Ağdamda isincəcək

Doğma torpaqlara qayıdırıq - 120 ailənin ocağı yenidən Ağdamda isincəcək

Ölkə

17 Fevral 2026, 08:33

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Modern.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar