Modern.az

"Gavalı" fotoya görə 5 min manat ziyana düşdü

"Gavalı" fotoya görə 5 min manat ziyana düşdü

Ölkə

18 Fevral 2026, 13:35

Azərbaycanda dizayner Aleksandra Salamaxina və "Gavalı" şirkəti arasında məhkəmə dizaynerin işi udması ilə nəticələnib. Bundan əvvəl məlum olub ki, şirkət məhsullarının qablaşdırılmasında "Pinterest" saytında yerləşdirilmiş, Aleksandraya məxsus olan paylaşımdan icazəsiz istifadə edib.

Bakı Apellyasiya Məhkəməsi Aleksandra Salamaxinaya 5 min manat məbləğində təzminat ödənilməsini təmin edib.

Modern.az-a "Gavalı" şirkətindən bildirilib ki, şirkət dizayn nümunəsini hər kəsə əlçatan olan və müəllifi göstərilməyən resursdan götürüb. 

Hüquq müdafiəsi Ramil Süleymanov məsələ ilə bağlı Modern.az - açıqlamasında bildirib ki, internet resurslarında hər hansı paylaşım yerləşdirilirsə, müəllifin kimliyini müəyyən etmək mümkündür:

"Xüsusən bu şəxsi səhifədirsə, müəllif haqda daha dəqiq informasiya tapmaq olar. Müəllif hüquqlarının qorunması haqda işarə də bu haqdadır" . 

Hüquqşünas qeyd edib ki, istənilən halda şəxs digər şəxsin paylaşımından icazəsiz və ya istinadsız istifadə edirsə, informasiya sahibinə məsələni mübahisələndirmək hüququ verilir:

"Bu hal Azərbaycan respublikasının Cinayət Məcəlləsinin 165-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına əsasdır. Cəza kimi maliyyə sanksiyasından əlavə 320 saatdan 480 saata qədər ictimai işlər cəzası nəzərdə tutulur. Qanunsuz hərəkət davamlı və ya qrup şəklində baş verərsə, Məcəllənin 165.2 maddəsinə əsasən 2 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur". 

Ramil Süleymanov əlavə edib ki, maliyyə cəriməsi 1000 manatdan 2000 manata qədər müəyyən edilsə də ekspertiza rəyi və dəyən zərərin həcmi ilə bağlı bu məbləğ dəyişə bilər.

Dizayner Aleksandra Salamaxina mövzu ilə bağlı hər hansı fikir bildirmək istəməyib.

Sizə yeni x var
Keçid et
İranla Rusiya birləşdi - ABŞ-yə hücum hazırlığı başladı