Modern.az

Orfoepiya lüğəti il sonunadək hazırlanacaq

Orfoepiya lüğəti il sonunadək hazırlanacaq

Ölkə

18 Fevral 2026, 13:18

Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanması planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.

Akademik Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşdirilməsi istiqamətində addımların atılmasını vacib sayıb:

"Daxili imkanlardan biri də söz yaradıcılığıdır. Söz yaradıcılığı nə qədər inkişaf edərsə, dil də o qədər zənginləşər. Yazarlar və dilçilərin bu istiqamətdə iş görməsi yaxşı olardı".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR