Modern.az

Orqan köçürülməsinə razılıq verən ailələrin sayı

Orqan köçürülməsinə razılıq verən ailələrin sayı

Ölkə

18 Fevral 2026, 15:17

Ötən il Azərbaycanda 12 nəfərə vəfat edən şəxsdən ailəsinin razılığı ilə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib.

Onun sözlərinə görə, ötən il ümumilikdə 65 nəfərə böyrək, 51 nəfərə isə qaraciyər transplantasiyası əməliyyatı icra olunub:

"Böyrək transplantasiyası icra olunan şəxslərdən ikisi, qaraciyər transplantasiyası olunanlardan isə üçü uşaq olub".

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. ("Report")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı