Modern.az

Azərbaycanda apellyasiya şikayəti verənlərin sayı AZALIB

Azərbaycanda apellyasiya şikayəti verənlərin sayı AZALIB

Ölkə

18 Fevral 2026, 16:26

2025-ci ildə apellyasiya məhkəmələrinə ümumilikdə 3559 iş daxil olub ki, 2024-cü ilin eyni dövründə həmin işlərin sayı 3784  təşkil edib. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalma deməkdir.

Modern.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında öz əksini tapıb.

Məhkəmələr üzrə statistikaya əsasən, Bakı Apellyasiya Məhkəməsinə 2024-cü ildə 2116 iş daxil olduğu halda, 2025-ci ildə bu rəqəm 2029 olub və 4,1 faiz azalma qeydə alınıb.

Sumqayıt Apellyasiya Məhkəməsində daxil olan işlərin sayı 560-dan 442-yə düşərək 21 faiz azalıb. Gəncə Apellyasiya Məhkəməsində 463 işdən 442 işə enmə olub ki, bu da 4,5 faiz azalma deməkdir. Şəki Apellyasiya Məhkəməsində göstərici 281-dən 256-ya düşüb və 9 faiz azalma qeydə alınıb. Şirvan Apellyasiya Məhkəməsində isə artım müşahidə olunub, 330 işdən 351 işə yüksəlib və 6,4 faiz artım qeydə alınıb. Naxçıvan MR Ali Məhkəməsində daxil olan işlərin sayı 34-dən 39-a çatıb və bu da 15 faiz artım deməkdir.

Daxil olan işlərin ümumi kütləsində ən böyük pay isə 57 faizlə Bakı Apellyasiya Məhkəməsinin payına düşüb. Sumqayıt və Gəncə məhkəmələrinin hər biri 12,4 faiz, Şirvan 9,9 faiz, Şəki 7,2 faiz, Naxçıvan MR isə 1,1 faiz təşkil edib.

Yekunlaşdırılmış işlərin sayına gəlincə, 2025-ci ildə apellyasiya məhkəmələrində ümumilikdə 3577 iş yekunlaşdırılıb. Bu göstərici 2024-cü ildəki 3909 işlə müqayisədə 8 faiz azdır. Bakı Apellyasiya Məhkəməsində yekunlaşdırılmış işlərin sayı 2148-dən 2070-ə enərək 4 faiz azalıb. Sumqayıt Apellyasiya Məhkəməsində 564 işdən 434 işə düşərək 23 faiz azalma qeydə alınıb. Gəncə Apellyasiya Məhkəməsində 500 işdən 440 işə enmə olub və 12 faiz azalma qeydə alınıb. Şəki Apellyasiya Məhkəməsində göstərici 298-dən 253-ə düşərək 15 faiz azalıb. Şirvan Apellyasiya Məhkəməsində 363 işdən 338 işə enmə olub və 7 faiz azalma qeydə alınıb. Naxçıvan MR Ali Məhkəməsində isə 36 işdən 42 işə yüksəliş olub və 17 faiz artım qeydə alınıb.

Məlumat üçün bildirək ki, yekunlaşdırılmış işlərin pay bölgüsündə Bakı Apellyasiya Məhkəməsi 57,9 faizlə ilk yerdə qərarlaşıb. Sumqayıt 12,1 faiz, Gəncə 12,3 faiz, Şirvan 9,5 faiz, Şəki 7,1 faiz, Naxçıvan MR isə 1,1 faiz təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı