Modern.az

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Ölkə

18 Fevral 2026, 22:43

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.

Modern.az xəbər verir ki, sözügedən agentliyin yaradılması barədə qərar fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclası zamanı qəbul olunub.

Bundan başqa nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı