Modern.az

Metroda gecikmə: Qatarlar stansiyada qalıb - (YENİLƏNİB)

Metroda gecikmə: Qatarlar stansiyada qalıb - (YENİLƏNİB)

Hadisə

19 Fevral 2026, 09:10

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyindən sərnişinlər düşürülüb.

Modern.az xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Bakı Metropoliteni yaranan narahatlığa görə, sərnişinlərdən üzr istəyir. Tezliklə əlavə məlumat veriləcək.

***

07:59

Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, xüsusilə “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar stansiyalarda normadan artıq dayanır, tunellərdə isə ləng hərəkət edir. Nəticədə bəzi stansiyalarda sərnişin sıxlığı yaranıb.

Hazırda gecikmələrin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

1500903

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı