Masallının bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.
Modern.az xəbər verir ki, fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Bambaşı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək rayonun Alaşa, Yeyənkənd, Yolağac, Zuvand kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq