Modern.az

Hikmət Hacıyev Vardanyanla bağlı qərardan narazı qalanlara cavab verdi

Hikmət Hacıyev Vardanyanla bağlı qərardan narazı qalanlara cavab verdi

Ölkə

19 Fevral 2026, 14:22

Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

“Azərbaycan unikal hərbi-siyasi münaqişə həlli modeli irəli sürərək və post-münaqişə dövrü üçün sülh gündəliyi formalaşdıraraq, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin – o cümlədən Bako Saakyan, Araik Arutunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib.

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır”, - Prezidentin köməkçisi əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada dəhşət - METRODA partlayış - Xəbəriniz Var?