Modern.az

Tramp: “Azərbaycan və Ermənistan arasında sülh əldə etdim” 

Tramp: “Azərbaycan və Ermənistan arasında sülh əldə etdim” 

Ölkə

19 Fevral 2026, 19:13

"Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar".

Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan haqqında danışarkən söyləyib.

ABŞ prezidenti bildirib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq.

"Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar", - deyə o əlavə edib.

(AZƏRTAC)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı