Modern.az

Bakı metrosunda basabas - qatarda nasazlıq yarandı 

Bakı metrosunda basabas - qatarda nasazlıq yarandı 

Ölkə

20 Fevral 2026, 09:12

Bakı metrosunda səhər saatlarında sərnişin sıxlığı müşahidə olunub.

Modern.az xəbər verir ki, hadisə bu gün saat 08:10 radələrində Bakı Metropoliteninin Əhmədli–İçərişəhər xəttində hərəkət edən qatarlardan birində baş verib.

Belə ki, texniki nasazlıq səbəbindən qatar marşrut üzrə hərəkətini davam etdirə bilməyib. Nəticədə sərnişinlər vaqonlardan düşürülərək digər qatarlarla mənzil başına yola salınıb.

Hadisə səbəbindən səhər pik saatlarında demək olar ki, bütün metro stansiyalarında böyük izdiham və sıxlıq yaranıb. Platformalarda qatarların gecikməsi müşahidə olunub.

Məsələ ilə bağlı qurumun rəsmi mövqeyini öyrənməyə çalışırıq.

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi