Modern.az

Azərbaycanda skuter qəzası ölümlə nəticələnib - RƏSMİ

Azərbaycanda skuter qəzası ölümlə nəticələnib - RƏSMİ

Ölkə

20 Fevral 2026, 11:59

Bakıda və bölgələrdə elektrik skuterlərindən istifadə edənlərin sayı günbəgün artmaqdadır. Kiçik elektrik nəqliyyat vasitələrinin bir çox hallarda qəza vəziyyəti yaratması məsələsi zaman-zaman gündəmə gətirilir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələri ilə bağlı dövlət qurumlarına müraciət ünvanlayıb. 

Ombudsman qeyd edib ki, son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb. Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir.

Maraqlıdır, indiyə kimi kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə neçə qəza olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Modern.az-ın sorğusuna cavab verib.

O bildirib ki, 2025-ci ildə paytaxt ərazisində kiçik elektrik nəqliyyat vasitəsinin iştirakı ilə 1 qəza hadisəsi qeydə alınıb.

“Ümumilikdə, ölüm və xəsarət olan qəzalar qeydə alınır. Ötən il kiçik elektrik nəqliyyat vasitəsinin iştirakı ilə 1 belə hadisə olub. Qəza nəticəsində 1 nəfər həyatını itirib”,-deyə T.Nəsirli qeyd edib.

Qeyd edək ki, ötən il baş verən qəzada dünyasını dəyişən şəxs 2002-ci il təvəllüdlü Ülviyyə Əhmədova olub. O ötən ilin iyul ayında   Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində  “Mercedes” markalı avtomobilin onu vurması nəticəsində həyatını itirib. Ülviyyə həm də idmançı idi.  “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edib, bir sıra turnirlərdə mükafatlar qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi