Modern.az

2025-ci ildə əcnəbilərə verilən iş icazələrinin sayı məlum olub

2025-ci ildə əcnəbilərə verilən iş icazələrinin sayı məlum olub

Ölkə

21 Fevral 2026, 10:20

2025-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7990 nəfər olub.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Belə ki, onlardan 34,3 faizi tikintidə, 10,0 faizi mədənçıxarma sənayesində, 8,9 faizi emal sənayesində, 7,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil, 5,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 27,9 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.

2025-ci ilin ilkin məlumatlara əsasən, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı isə 149,5 saat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?