Modern.az

Ötən il baş verən cinayətlərin sayı azalıb

Ötən il baş verən cinayətlərin sayı azalıb

Ölkə

21 Fevral 2026, 10:35

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci il ərzində ölkədə 31 852 cinayət hadisəsi qeydə alınıb. Bu göstərici 2024-cü illə müqayisədə 4,6 faiz azdır.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Məlumata görə, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı əvvəlki dövrlə müqayisədə 16 bənd azalaraq 311 olub.

Bundan əlavə, qeydə alınmış cinayətlərin 58,7 faizi az ağır, 27,6 faizi böyük ictimai təhlükə törətməyən, 13,7 faizi isə ağır və xüsusilə ağır cinayətlərdən ibarətdir.

Cinayətlərin strukturunda 13 088 hadisə iqtisadi sahədə, 12 022 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5 590 hadisə şəxsiyyət əleyhinə, 1 148 hadisə dövlət hakimiyyəti əleyhinə, 4 hadisə isə digər hüquqazidd əməllər üzrə qeydə alınıb.

Şəxsiyyət əleyhinə qeydə alınmış 5 590 cinayətin 86 faizi həyat və sağlamlıq əleyhinə, 6,5 faizi cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə, 4,4 faizi azadlıq və ləyaqət əleyhinə, 2,5 faizi konstitusiya hüquq və azadlıqları əleyhinə, 0,6 faizi isə yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə cinayətlər olub.

Həyat və sağlamlıq əleyhinə olan 4 806 cinayətin 3 654-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 570-i az ağır zərər vurma, 262-si ağır zərər vurma, 220-si qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 23-ü əzab vermə, 11-i ehtiyatsızlıqdan adam öldürmə, qalanları isə digər cinayətlər təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?