Modern.az

İcra Hakimiyyətinin sabiq şöbə müdirinin həbs müddəti uzadıldı

İcra Hakimiyyətinin sabiq şöbə müdirinin həbs müddəti uzadıldı

Ölkə

21 Fevral 2026, 12:29

Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının Təsərrüfatı şöbəsinin sabiq müdiri Qafar Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri mayın 30-dək uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Qafar Abdullayev 2025-ci ilin noyabr ayında Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?