Modern.az

Ramazanın dördüncü gününün duası - İmsak və iftar vaxtları

Ramazanın dördüncü gününün duası - İmsak və iftar vaxtları

Ölkə

21 Fevral 2026, 20:53

Sabah Ramazan ayının dördüncü günüdür.

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 22-də Bakıda imsak saat 06:00, iftar isə saat 18:38-dədir.

Ramazan ayının 4-cü gününün duası:

Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.

Tərcüməsi:

İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?