Modern.az

Şeyxin oğlu öz ərizəsilə işdən çıxıb - “Xəzər Dəniz Gəmiçiliyi”ndən AÇIQLAMA

Şeyxin oğlu öz ərizəsilə işdən çıxıb - “Xəzər Dəniz Gəmiçiliyi”ndən AÇIQLAMA

Ölkə

Bu gün, 18:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin bu qurumda tutduğu vəzifədən azad olunduğu barədə xəbərə aydınlıq gətirib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev Modern.az-ın bununla bağlı sorğusuna cavab verib.

O bildirib ki, Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.

"Bildiririk ki, Məhəmməd Paşazadə öz ərizəsi əsasında işdən ayrılıb. Proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib", - deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yeganə oğludur. Onun beş bacısı da var.

Məhəmməd Paşazadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Və bir müddət sonra “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlı elmi işini müdafiə edib. O, hüquq üzrə fəlsəfə doktorudur.

Məhəmməd Paşazadə xeyli müddət idi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də sədrin müşaviri vəzifəsində çalışırdı.

Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir. Onun babasının adını daşıyan Allahşükür adlı  oğlu var.

Whatsapp
Bizə yazın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!