Modern.az

"Azərbaycan xalqına qoşuluruq" - ABŞ səfirliyi

"Azərbaycan xalqına qoşuluruq" - ABŞ səfirliyi

Ölkə

Bu gün, 10:06

"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq".

Modern.az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımda qeyd edilib.

"ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - səfirlikdən bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! ABŞ hərəkətə keçdi - Atışma başladı, ÖLƏNLƏR VAR