Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Modern.az xəbər verir ki, universitet əməkdaşları abidənin önünə gül dəstələri düzərək, Xocalı soyqırımı qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıblar.




