Modern.az

Vətəndaşlara 1000 manat ödəniş ediləcək? - Rəsmi açıqlama

Vətəndaşlara 1000 manat ödəniş ediləcək? - Rəsmi açıqlama

Ölkə

Bu gün, 12:50

"Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır".

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - məlumatda qeyd olunub.

Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! ABŞ hərəkətə keçdi - Atışma başladı, ÖLƏNLƏR VAR