Gürcüstanın regiondakı rolunu qiymətləndirməmək olmaz.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib. ABŞ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində irəliləyişi yüksək qiymətləndirən nazir Tbilisinin bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib.
"Gürcüstan regionda dənizə çıxışı olan yeganə ölkədir. Orta Dəhliz kontekstində bundan bəhs etməmək səhvdir", - Boçorişvili bildirib.