Modern.az

Samuxda Xocalı soyqırımının 34-cü ildönümü anılıb

Samuxda Xocalı soyqırımının 34-cü ildönümü anılıb

Ölkə

Bu gün, 17:36

Samux rayonunda Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Samux şəhərində yerləşən Şəhidlər Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı nəticəsində yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilmiş, qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürülmüşdür. Bu faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüş, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır.

Saat 17:00-da Samux rayonu ərazisində avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırılıb, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sizə yeni x var
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama