Modern.az

Naxçıvanda 1 metrdən çox qar yağıb

Naxçıvanda 1 metrdən çox qar yağıb

Ölkə

Bu gün, 14:22

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində qar örtüyü qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahbuz rayonunda 4 sm, Kəngərli rayonunda 1 sm, Şərur rayonunun Axura kəndində 3 sm, Şahbuz rayonunun Kükü kəndində 68 sm, Biçənək kəndində 33 sm, Culfa rayonunun Göydərə kəndində 1 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 34 sm təşkil edir.

Parağaçay Qar Uçqunu Stansiyasının 3000 metr yüksəklikdə yerləşən ərazisində isə faktiki qar örtüyünün hündürlüyü 114 sm qeydə alınıb.

Hazırda qar yağışı müşahidə olunmur.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər