Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.
Modern.az-ın məlumatına görə, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.