Modern.az

Rayonlara 30 sm-dən çox qar yağıb

Rayonlara 30 sm-dən çox qar yağıb

Ölkə

Bu gün, 10:16

Azərbaycanda əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə qar yağır.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar, Gədəbəydə 18, Laçın, Şahdağ, Qubadlıda 16, Sarıbaşda (Qax) 15, Şuşada 12, Xaltanda 11, Göygöl, Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6, İsmayıllıda 5, Tərtər, Oğuz, Qəbələdə 4, Qobustanda 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 12, Astarada 11, Tovuzda 10, Gəncədə 8, Ağstafa, Balakən, Bərdə, Mingəçevir, Naftalan, Goranboy, Şəmkir, Göyçay, Ağdam, Naxçıvan, Yevlax, Şamaxı, Zərdab, Ceyrançöl, Culfada 5 mm-dir.

Daşkəsən, Göygöl, Gəncə, Qax, Şəki, Qusar, Xaltan, Lerik, Naftalan, Şəmkir, Balakən, Göyçay, Şamaxıda duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran viran olur! SAVAŞ BÖYÜYÜR - Bu ölkələr də müharibəyə qoşulur