Modern.az

İrandan təxliyə edilən azərbaycanlıların SAYI

İrandan təxliyə edilən azərbaycanlıların SAYI

Ölkə

Bu gün, 10:52

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyaytlara başlamasından bəri təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. 

Xarici İşlər Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq indiyədək 100 Azərbaycan vətəndaşının quru yolu ilə sərhədi keçərək İrandan Azərbaycana daxil olduğunu bildirib.

Xatırladaq ki, fevralın 28-indən başlayaraq ABŞ və İsrailin birgə hərbi əməliyyatında İranın paytaxtı Tehran da daxil olmaqla bir sıra şəhərlərə hava zərbələri endirib. Bu hücumlarda İranın ali dini lideri Ayətullah Əli Xamenei həlak olduğu rəsmi şəkildə təsdiqlənib. Eyni zamanda bir sıra yüksək rütbəli hərbi və dövlət rəsmilərinin də öldüyü bildirilir. İran tərəfi ölkədə 40 günlük matəm elan edib və bu ölüm regionda siyasi gərginliyi daha da artırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran viran olur! SAVAŞ BÖYÜYÜR - Bu ölkələr də müharibəyə qoşulur