Modern.az

"Həzi Aslanov” metrostansiyasında işlər yekunlaşır

"Həzi Aslanov” metrostansiyasında işlər yekunlaşır

Ölkə

Bu gün, 11:22

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində mühüm layihələrdən biri olan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi tamamlanıb.

QSC-dən Modern.az-a verilən məlumata görə, dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı əraziyə mediatur təşkil olunub. Media nümayəndələri görülən işlərlə yerində tanış olub, həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, dalan yolları qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir. Əvvəlki mərhələlərdə bu yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.
280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir yekunlaşdırılıb.

Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi boyunca məhlulvurma yekunlaşdırılıb, xüsusi boya maddələrinin vurulmasına hazırlıq tədbirləri görülür. Tavan hissədə isə izolyasiya işləri aparılmaqla məhlulvurma əsasən yekunlaşıb. Plana uyğun olaraq, örtük tavasının daha da gücləndirilməsi məqsədilə karbon lifli müasir inşaat materialı ilə izolyasiya aparılacaq.

Orta yolların arakəsmə divarlarından təmirin ilk iki mərhələsinə düşən hissəsi yenidən inşa olunub. Sonuncu hissədə isə söküntü və inşaat işləri aparılır.

Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına aprel ayından başlanılacaq.

Burada dalan yolları və yoldəyişdirici qurğular müasir dəmir-beton özüllər üzərində yenidən qurulacaq, elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi və digər mühüm sistemlər tam müasirləşdiriləcək. İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama