Modern.az

Dəbdəbəli ehsan süfrələrinin yığışdırıldığı rayonlar - SİYAHI

Dəbdəbəli ehsan süfrələrinin yığışdırıldığı rayonlar - SİYAHI

Ölkə

Bu gün, 12:50

Hazırda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Tərtər, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Qobustan, Siyəzən, Şabran, Quba, Qusar, İsmayıllı, Ağsu, Füzuli, Ağcabədi, Qax rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisində yas mərasimləri sadə şəkildə keçirilir və respublikamızın digər bölgələrində də bu proses davam edir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Azərbaycan Respublikasında yas mərasimlərinin keçirilmə qaydalarının sadələşdirilməsində məqsəd onların İslam qaydalarına uyğun şəkildə təşkili, habelə mərasimlərdə yol verilən israfçılıq hallarının qarşısının alınmasıdır. Respublikamızın müxtəlif şəhər və rayonlarında ziyalılar, ağsaqqalar, din xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən bu istiqamətdə irəli sürülən təşəbbüslər uzun müddətdir cəmiyyətimizdə aparılan müzakirələrin məntiqi nəticəsi kimi formalaşmışdır”, - məlumatda qeyd olunub.

Qurum yas mərasimlərinin təşkilinin normativ-hüquqi aktlarla tənzimlənmədiyini və bu sahədə hər hansı dövlət orqanının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin konkret səlahiyyətləri müəyyən edilmədiyini vurğulayıb. 

"Bununla yanaşı, Dövlət Komitəsi yas mərasimlərinin keçirilmə qaydalarının sadələşdirilməsi ilə bağlı irəli sürülən ictimai təşəbbüsləri dəstəkləyir",  - açıqlamada qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama