Modern.az

Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi

Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi

Ölkə

Bu gün, 00:35

ABŞ və İsrailin İrana zərbə endirməsi nəticəsində Serbiya Respublikasının İrandakı səfirliyi də bombardmana məruz qalıb.

Modern.az xəbər verir ki, səfirlik nümayəndələri təxliyə olunmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına müraciət ediblər.

Azərbaycan tərəfinin Serbiya Respublikası ilə dostluq münasibətləri əsasında müraciətə müsbət cavab verilib.

Nəticədə bu gün gecə saatlarında səfir Damir Kovacevic, səfirlik nümayəndələri ailə üzvləri ilə birlikdə Astara SGK məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olub və ölkələrinə yola salınıb.

Buna görə səfir Damir Kovacevic Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama