Naxçıvan Hava Limanı dron zərbəsinə hədəf olub. Dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşüb. Hücum nəticəsində 2 mülki şəxs yaralanıb. Müdafi Nazirliyi rəsmi açıqlama verərək İranın hücumu cavabsız qalmayacağını bildirib.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Fazil Mustafa bildirib ki, bu məsələ dəqiq araşdırılmalıdır:
“İranda indi başıpozuq vəziyyət var. Mərkəzi idarəetmə sıradan çıxıb və Tehranın ABŞ-İsrail qüvvələr tərəfindən vurulması, mühüm dövlət obyektlərinin məhv edilməsi artıq ölkənin haradan, kimlər tərəfindən idarə olunduğunu söyləməyə imkan vermir”.
Deputat bildirib ki, bütün hallarda İranın hücumu məqsədyönlü şəkildə həyata keçirilib:
“İranın dronlarla Azərbaycan ərazisinə qəsdən hücumu ona görə daha yüksəsk ehtimaldır ki, son hadisələrlə bağlı yeritdiyi strategiya məhz bundan ibarətdir. İran qonşu dövlətləri də alova bürümək xəttini yeridir. Hətta son anda vəziyyəti dəyişmək imkanı olsa belə fanatik dindarlıq göstərərək bölgəni də intihara sürükləməyə niyyətli olduqlarını ortaya qoyurlar. Molla zehniyəti ilə idarə olunan dövlətlərin aqibəti belə olur”.
İrandan rəsmi cavab gəldikdən sonra, biz müttəfiqlərimizlə danışmalıyıq:
“İnsanı ideologiyaya qurban vermək istəyən zehniyyət bütün bölgəni də yandırmağa həvəsli olur. Bu bir ölkəyə qarşı təsadüf ola bilər, amma bütün ərəb ölkələrinə qarşı, eyni zamanda Türkiyəyə raket və ardınca Naxçıvana duronları yönləndirmək heç bir halda təsadüf deyil. Ona görə də, biz müttəfiqlərimizlə məsləhətləşərək addımlarımızı atmalıyıq. İlk növbədə İrandan gələ biləcək cavabları gözləməliyik. Çünki bunun cavabı olmalıdır, nə məqsədlə edildiyi araşdırılmalıdır və nəticədə bizim ata biləcəyimiz addımlar dəqiq olacaq” - o sonda qeyd edib.