Modern.az

Qətər İranın Naxçıvana dron hücumunu PİSLƏDİ

Qətər İranın Naxçıvana dron hücumunu PİSLƏDİ

Ölkə

Bu gün, 14:23

Qətər Dövləti Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə Modern.az Qətər Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir.

"Belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir", - sənəddə bildirilib.

Qətər XİN həmçinin bəyan edib ki, İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi genişləndirməsi son dərəcə təhlükəlidir və regionun təhlükəsizliyini və sabitliyini pozan bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinə riayət edərək region xalqlarının maraqlarını üstün tutmağa çağırır.

"Nazirlik Qətər Dövlətinin qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, həmçinin onların öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə dəstəyini vurğulayır", - bəyanatda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada