İran xarici işlər nazirinin müavini Qəribabadi Tehranın Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığındakı dron hadisəsində iştirakını təkzib edib.
Modern.az xəbər verir ki, diplomat "AnewZ" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir.
O, İslam Respublikasının müdafiə strategiyasının seçici olduğunu vurğulayıb. Onun sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər..
Qeyd edək ki, İran PUA-larının Naxçıvan aeroportuna hücumunu əks etdirən görüntülər var və Azərbaycan buna kəskin etirazını bildirib.