İrandan Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsi təkzib olunur.
Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" Agentliyi İranın Silahlı Qüvvələrin Baş Qərargahına istinadən məlumat yayıb.
"İran İslam Respublikası bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşdığını bildirərək, silahlı qüvvələr tərəfindən Azərbaycan Respublikasına doğru pilotsuz uçuş aparatının buraxılması iddiasını təkzib edir.
Bu cür addımların müxtəlif yollarla müsəlman ölkələri arasında münasibətləri pozmaq məqsədi güdən saxta sionist rejim tərəfindən əvvəllər də həyata keçirildiyi məlumdur. Aparılmış araşdırmalara əsasən, İran İslam Respublikasını ittiham etmək məqsədilə belə bir addımın məhz həmin rejim tərəfindən atıldığı qeyd olunur".