Modern.az

Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib - Ali Baş Komandan

Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib - Ali Baş Komandan

Ölkə

Bu gün, 16:14

"Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar". 

Modern.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının bugünkü iclasında Prezident İlham Əliyev deyib.

"Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək" - ölkə başçısı çıxışı zamanı bildirib.

Qeyd edək ki, bu gün  İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə  Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. Hücum nəticəsində 4 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır