"Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin".
Modern.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclası zamanı Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, martın 5-i İran tərəfindən Naxçıvana iki dron hücumu edilib. Dronlardan biri məktəb, digəri isə Naxçıvan hava limanın yaxınlığına düşüb. Hadisə nəticəsində 4 nəfər yaralanıb.