Modern.az

Fransa İranın Naxçıvana hücumunu pislədi

Fransa İranın Naxçıvana hücumunu pislədi

Ölkə

Bu gün, 17:22

Fransa da İranın Azərbaycana hücumlarını pislədi.

Modern.az xəbər erir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bu barədə X hesabında paylaşım edib.

“Bu gün günorta saatlarında Naxçıvana qarşı İran pilotsuz uçuş aparatlarının hücumları Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı qəbuledilməz addımdır. Mən bu regional sabitliyi pozan və beynəlxalq hüququ pozan əməli qətiyyətlə pisləyirəm. Fikirlərim və həmrəyliyim bu insidentdən zərər çəkən insanlarla, xüsusilə də, təəssüf ki, yaralanan dörd nəfərlədir. Onlara tezliklə sağalmalarını arzulayıram”, – deyə Fransanın  səfiri bildirib.

1505074

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır