Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
***
18:52
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, liderlər Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu müzakirə ediblər.
Ərdoğan pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücumu qınadığını bildirib, Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına başsağlığı və keçmiş olsun diləklərini çatdırıb.
Telefon danışığında regional təhlükəsizlik məsələləri və iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin əhəmiyyəti də vurğulanıb.