Modern.az

Pakistandan Azərbaycana DƏSTƏK

Pakistandan Azərbaycana DƏSTƏK

Ölkə

Bu gün, 19:25

5 mart tarixində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Modern.az-a XİN-dən məlumat verilib.

Qeyd edilib ki, telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib. 

Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.  

Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb. 

Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır