Modern.az

Lənkəran bu gün işıqsız qalacaq

Lənkəran bu gün işıqsız qalacaq

Ölkə

Bu gün, 08:52

Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Bala Məmməd, Məhəməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Qeyd edilib ki, təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur? - Xəbəriniz Var?