Modern.az

Azərbaycan diplomatları İrandan çıxarılır - Prezidentdən tapşırıq

Azərbaycan diplomatları İrandan çıxarılır - Prezidentdən tapşırıq

Ölkə

Bu gün, 13:40

Prezident İrandakı səfirliyin və Təbrizdəki Baş konsulluğun heyətinin evakuasiyasını tapşırıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Artıq evakuasiya işlərinə başlanılıb. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək". 

Nazir qeyd edib ki, İran tərəfdən aparılan araşdırmanın nəticəsi gözləniləcək və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada